Layihə çərçivəsində Grand Agro MMC “Zeytun Emalı Zavodu”nun metal konstruksiyalarının tam montaj işləri həyata keçirilmişdir. Zavodun dam və divar səthləri sendviç panellərlə üzlənmiş, metal pilləkənlər və məhəccərlər quraşdırılmışdır.
Görülən işlər:
Zavodun metal konstruksiyalarının tam montajı
Dam və divar səthlərinin sendviç panellərlə üzlənməsi
Metal pilləkənlərin və məhəccərlərin quraşdırılması
Yağış sularının effektiv yönləndirilməsi üçün nov sistemlərinin təchizatı və montajı
Zəruri aksesuarların təchizatı və quraşdırılması
Konstruksiyanın funksionallığının, dayanıqlılığının və uzunmüddətli istismar tələblərinə uyğunluğunun təmin edilməsi